AZ

Şahdağın yaz qoxulu ecazkar MƏNZƏRƏSİ - FOTO

Böyük Qafqazın cənub yamaclarında yerləşən və Oğuz rayonunun Baş Daşağıl kəndini əhatə edən Milli Parkın hər səhəri gözəl bir mənzərə ilə açılır. 
 
Bizim.media-nın yerli bürosu xəbər verir ki, Ramazan tətili günlərində yerli və xarici turistlərin bu məkanı ziyarət etməsi üçün hər cür şərait yaradılıb.  
 
Rəsmlərdən və kadrlardan da göründüyü kimi maraqlı iqlim qurşağında yerləşən Milli Parkda insanlar səhər tezdən bir qədər zirvəyə doğru qalxsalar, qarın içərisindən boylanan çiçəklərlə qarşılaşa bilərlər. Digər bir mənzərədə isə şehli, qırov tutan çiçəklər də insanı özünə cəlb edir. 
 
Milli Parkın əməkdaşı Niyazi Kərimov deyib ki, bu məkanda insanlar bir günlərini keçirməklə əsl hüzur tapacaq, ruh dincliyinə qovuşacaqlar: 
 
“Milli Parka daxil olduqları andan turistlər yaşıllığa qərq olur, meşəlik və onların arasında biri digərini əvəz edən balaca talalardakı çəmənliklər göz oxşayır. Quşların nəğməsi ilə müşayiət olunan buradakı müxtəlif gül növləri, hər birinin də öz qoxusu insanı valeh etməyə bilmir. Hələ sizi qarşıda dağ turu və orada çayın, bulağın, şəlalənin həzin şırıltısı da gözləyir”.

 

Seçilən
134
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3398
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3327
Bu yol qovşağında təmir işləri aparılacaq
2792
Bakıda hoteldə yanğın başlayıb
2428
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1451
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1444
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1432
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1291
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1103
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1102
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
963
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
907
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
866
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
813
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
775
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
769
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
767
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
744
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
732
Sabah 5 kəndin qazı kəsiləcək
712