AZ

“Liverpul” antirekordunu təkrarlayıb

Tarix: 12 Aprel 2024 12:32

"Liverpul" avrokuboklarda tarixinin ən ağır ev məğlubiyyətini təkrarlayıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Yurgen Kloppun yetirmələri Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atalanta"ya 0:3 hesabı ilə uduzub.
İngiltərə klubu tarixində 3-cü dəfə evdəki avrokubok matçında üç top fərqi ilə məğlub olub. "Atalanta"ya qədər yalnız "Real" "Liverpul"un meydanında belə qələbələr qazanıb. 2014-cü ildə 3:0 hesablı qələbə qazanan İspaniya klubu 2023-cü ildə də eyni fərqlə qalib gəlib - 5:2.
Qeyd edək ki, "Liverpul"la "Atalanta" arasında cavab görüşü aprelin 18-də keçiriləcək.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
1
sonxeber.net

10Mənbələr