- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı, 12 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Sumqayıt” və “Zirə” komandaları arasında keçiriləcək açılış matçı Tural Qurbanova tapşırılıb.
FIFA referisi Əliyar Ağayev isə “Neftçi” – “Araz-Naxçıvan” matçını idarə edəcək.
Azərbaycan Premyer Liqası
XXX tur
12 aprel
19:00. "Sumqayıt" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
13 aprel
16:30. "Qəbələ" – "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
Qəbələ şəhər stadionu
19:00. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
"Neftçi Arena"
14 aprel
16:30. "Səbail" – "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"ASCO Arena"
19:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
"Bank Respublika Arena".