AZ

Britaniya və ABŞ-da “zombi narkotiki” yayılır

Böyük Britaniyada insanları zombilərə çevirən narkotikin yayılması ilə bağlı xəbərdarlıq edilib.Adalet.az xəbər verir ki, bu barədə London Kral Kollecinin araşdırmasına istinadən Sky News telekanalı məlumat yayıb.ABŞ-ın bəzi şəhərlərində yayılan “zombi narkotiki” olaraq adlandırılan güclü heyvan trankvilizatoru ksilazin indi İngiltərədəki qanunsuz narkotik bazarına yol tapıb. Ağ Ev artıq onu əhali üçün yeni təhlükə adlandırıb.Böyük Britaniyada narkotikin ilk qurbanı 2022-ci ilin mayında Soliholldakı evində ölü tapılan Karl Uorburton olub. Onun bədənində heroin, fentanil, kokain və ksilazin aşkar edilib.Dərmanı istifadə edən insanlarda tez-tez inyeksiya yerlərində dəridə yaralar və infeksiyalar əmələ gəlir. Nəticədə bədənin həmin yerləri çürüyür deyə, narkotik vasitəni “ət yeyən” ləqəbi verilib.London Kral Kollecinin tədqiqatçısı Kerolayn Koupland deyir ki, narkotikin yayılması hər kəsi narahat etməlidir. Çünki bu trankvilizatorun zərərli təsirləri təkcə heroin istifadəçilərinə deyil, həm də daha geniş aludəçilərə təsir edə bilər.K. Kouplend hökuməti ksilazin epidemiyasının qarşısını almaq üçün addımlar atmağa, o cümlədən test zolaqları və tibb işçilərini ksilazin istifadəsinin əlamətləri haqqında maarifləndirməyə çağırıb. Əksər hallarda trankvilizator heroin və ya fentanil kimi güclü opioidlərlə qarışdırılır. Nəşr qeyd edib ki, bu yolla dilerlər orijinal dərmanın qiymətini aşağı salmağa və tələbatı artırmağa çalışırlar.2022-ci ilin mayından 2023-cü ilin avqustuna qədər tədqiqatçılar İngiltərə, Şotlandiya və Uelsdə 35 ksilazin istifadə halını qeydə aldılar.

Seçilən
240
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25936
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25239
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18099
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14412
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14124
Sabah 20 dərəcə isti olacaq
9371
May ayında Azərbaycana qar yağdı - VİDEO
8672
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8334
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7073
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6749
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6345
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6308
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6306
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5927
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
5863
Azərbaycan nefti ucuzlaşıb
5801
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5680