AZ

Rusiyada yüzlərlə ev su altında qaldı – VİDEO 

“Orenburq yaxınlığındakı Ural çayında suyun səviyyəsi qalxmaqda davam edir”. 

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Orenburq rəhbərinin birinci müavini Aleksey Kudinov jurnalistlərə bildirib.

“Suyun səviyyəsi qalxır və indi biz 1120 sm səviyyəni görürük. Faktiki bir gecədə daha 900 təsərrüfat sahəsi və 361 ev su altında qalıb", - deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası Tikinti Nazirliyinin rəis müavini Aleksandr Lomakin bildirib ki, Orenburq vilayətində daşqın nəticəsində yaşayış evlərinə dəyən ümumi zərər 21 milyard rubl (386,4 milyon manat və ya 227,29 milyon dollar – red.) təşkil edə bilər.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
438
34
bizim.media

10Mənbələr