AZ

Avropa sülh üçün Bakı və İrəvandan gözləntilərini AÇIQLADI

Ermənistan-Azərbaycan sərhədində atışmalarla bağlı xəbərlər narahatedicidir.Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Azadlıq" radiosunun erməni bürosuna açıqlamasında bildirib.O qeyd edib ki, Aİ sülh müqaviləsinə, sərhədlərin demarkasiyasına dair razılaşmalara və sərhədlərin açılmasına gətirib çıxaracaq real, substantiv danışıqlar görmək istəyir.“Diqqət buna yönəlməlidir”, - deyə Aİ-nin xüsusi nümayəndəsi bildirib və substantiv danışıqlar prosesinə qayıtmağın zəruri olduğunu vurğulayıb.O, sülh müqaviləsinin niyə gecikməsi barədə suala cavab olaraq bildirib ki, bunun bir neçə səbəbi ola bilər."Mən hesab edirəm ki, reallıqda müsbət nəticə əldə etmək bu qədər uzun sürməməlidir. Biz müsbət nəticə əldə etmək üçün Ermənistan və Azərbaycanla birlikdə o istiqamətdə işləmək istəyirik. Çünki dediyim kimi, hesab edirəm ki, hər iki tərəfdən siyasi öhdəlik varsa, bu, o qədər də uzun çəkməməlidir”, - Klaar qeyd edib.

Seçilən
157
1
Mənbələr
Şərh ()
Bağla