AZ

Gürcüstan Milli Bankı beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib

Gürcüstan

Tbilisi, 11 aprel, AZƏRTAC

Gürcüstan Milli Bankı ölkə tarixində ilk dəfə olaraq beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb. Bildirilir ki, Milli Bank London əmtəə birjasından 500 milyon ABŞ dolların dəyərində ən yüksək əyarlı (999,9) 7 ton qızıl külçə alıb. Bununla da, monetar qızıl Gürcüstanın bütün beynəlxalq ehtiyatların təxminən 11 faizini təşkil edir.

Hazırda qızıl külçələr Londonda saxlanılır, amma gələcəkdə ölkəyə - Milli Bankın anbarına gətiriləcəyi planlaşdırılıb.

Qeyd edilir ki, ötən il Milli Bank valyuta bazarından rekord məbləğdə - 1,5 milyard ABŞ dolları alıb. Bu da ehtiyatların əhəmiyyətli dərəcədə artmasına səbəb olub və onların bir qismini monetar qızıldakı aktivlərlə əvəzləməyə imkanı verib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
28
azertag.az

10Mənbələr