AZ

ABŞ İranı sakitləşdirməyə çalışır

Birləşmiş Ştatlar Yaxın Şərq dövlətlərindən İsraillə gərginliyi azaltmaq çağırışını İrana çatdırmağı xahiş edib.Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərindən İrana İsrailin konsulluğa hücumdan sonra Qüdslə gərginliyi azaltmaq üçün təcili çağırışı çatdırmağı xahiş edib.

Agentliyin mənbəsi qeyd edib ki, Ağ Evin nümayəndəsinin danışdığı xarici işlər orqanlarının rəhbərləri onun xahişini yerinə yetiriblər.

Qeyd edək ki, çərşənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İraqın xarici işlər nazirləri ilə telefon danışığı aparıb və bu danışıqlarda regional gərginliyi müzakirə edib.


AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
2
azvision.az

2Mənbələr