AZ

“Barbi”nin ifaçısı kino prodüseri olacaq

“Barbi” filminin ulduzuMarqo Robbinin “LuckyChap” prodüser şirkəti “Monopoliya” oyununun ekranlaşdırılması üçün “Lionsgate” kino şirkəti ilə müqavilə bağlayıb. SİA xəbər verir ki, onların əməkdaşlığının nəticəsi məşhur stolüstü oyun əsasında filmin buraxılması olacaq.

“Lionsgate”in rəhbəri Adam Foqelson bildirib ki, aktrisanın prodüser şirkəti belə bir filmin yaradılması üçün ideal tərəfdaşdır.

Qeyd edək ki, orijinal oyunun hüquqları “Hasbro Entertainment”ə məxsusdur.

89 illik tarixi ərzində oyun təxminən bir milyard nüsxə satılıb.

Seçilən
108
5
Mənbələr
Şərh ()
Bağla