AZ

“Bir mahnı ilə “Porsche” aldım” – Elgiz

“Bu yaxınlarda bir məclisdə idim, yanımda da müğənni var idi. Bəstəkarlar ona zəng edirdilər. Bu mahnıların qiyməti necə bahadır. Qiyməti 5-10 min manatdır, çox bahadır”.

Yenicag.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər “Elgizlə izlə” verilişində deyib. O, illər əvvəl Xatirə İslamla ifa etdiyi duetdən qazandığı pulla özünə “Porsche” aldığını bildirib:

“Baxmayaraq ki, müğənni deyiləm, mən də müğənnilikdən qazanmışam. Yaxşı gəlir gətirir. O vaxt mən Xatirə İslamla mahnı oxumuşdum. Azərbaycanda bu ifa necə məşhur oldusa, məni müğənni olmaya-olmaya toylara dəvət edirdilər. Çox sağ olsun Xatirə aparırdı, amma hərdən özüm tək də gedirdim. O vaxt maşınım çox zəif idi, bu mahnıdan qəşəng “Porsche” aldım özümə. Amma ondan sonra 2-3 mahnı oxudum, tutmadı. Sonra da ifa etmədim. Bir mahnı ilə 58 min manat qazanmışdım. Bu, 15 il əvvəl olub”.

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla