AZ

Rus ordusu Odessaya zərbələr endirdi: Ölənlər var 

Bu gün axşam saatlarında Rusiya Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib. 

Axar.az xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb. 

“Rusların axşam saatlarında Odessa vilayətinə raket hücumu nəticəsində biri uşaq - 10 yaşlı qız olmaqla, 4 nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılardan bir nəfərin vəziyyəti ağırdır. Həkimlər mümkün olan hər şeyi edirlər”, - Kiper əlavə edib. 

Onun sözlərinə görə, Odessa bölgəsinə “İskəndər-M” ballistik raketləri ilə hücum olunub. Nəticədə Odessa vilayətində nəqliyyat infrastrukturuna və yaxınlıqdakı yük maşınlarına ziyan dəyib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
11
yenisabah.az

10Mənbələr