AZ

Ədalətsiz su bölgüsü, aqroparklara görə israf edilən su... Kür ensizləşib, Azərbaycanda quraqlıq riski artıb

Son vaxtlar susuzluqla bağlı əvvəlki qədər çox danışılmır. 2023-cü ildə məsələ çox müzakirə olunurdu. Hətta dövlət orqanları da böhran vəziyyətinin yarandığını gizlətmirdi, bir növ etiraf olunurdu. Məsələ bir az arxa plana keçib. Hərçənd, situasiya qətiyyən dəyişməyib. Azərbaycanda quraqlıq riski çox artıb. Yaxın illərdə vəziyyət daha pis ola bilər. Hadisələrin gedişi bunu göstərir. Bizimyol.info xəbər verir ki, Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində çıxışı zamanı durumun çox pisləşdiyini bildirib. Burada kosmosdan müşahidələr haqda danışılıb. Kür çayında su hövzəsinin ensizləşməsindən söz açılıb. Kosmosdan müşahidələr göstərir ki, susuzluqla bağlı problem yalnız artan xətt üzrə istiqamət alıb. Yəni yaxşılığa doğru heç nə dəyişmir. Azərbaycanda quraqlıq riskindən 2022-ci ildə danışılmağa başlanılmışdı. Məlum olmuşdu ki, Azərbaycanın əsas su mənbəyi hesab edilən Kür çayının Neftçala və Salyan hissəsi quruyur. Çayın Xəzərə tökülən hissəsində şirin suyu dəniz suyu əvəzləmişdi. Sözün əsl mənasında ekoloji problemdən söhbət gedirdi. Ekspertlər buna çox ciddi yanaşmağı tövsiyə edirdi. Dövlət qurumları özünü elə göstərirdi ki, guya məsələyə həssas yanaşırlar, problemin həlli haqqında düşünürlər. Amma geridə qalan zaman bunun belə olmadığını göstərdi. Ölkədə susuzluq problemi heç cür həllini tapmır. Quraqlıq riski zamanla daha da artır. Yağıntıların miqdarı bir az artan kimi dövlət qurumları ümidverici mesajlar verməyə başlayır. Halbuki dəyişən bir şey olmur. Çıxıb deyirlər ki, hər şey yaxşı olacaq, buzlaqlar əriyəcək, Kürün suyu artacaq. Ümumiyyətlə, dövlət qurumları quraqlıq riski ifadəsini çox da ürəklə dilə gətirmirlər. Yəni ifadədən xoşları gəlmir. Çünki məsələ fırlanıb işin pis təşkilinə gəlib çıxır. Məsul şəxslər cəmiyyəti inandırmağa çalışır ki, bütün dünyada bənzər problem yaşanır, bizim ölkədə müşahidə edilənləri böyütmək lazım deyil. Bir neçə il sonra vəziyyət lap ağırlaşacaq. Suyun ədalətli bölüşdürülməməsi, tədbirlər planının olmaması, pambıq sahələrinə, aqroparklara görə resursların israf olunması özünün sərt üzünü göstərəcək. Torpaq sahələri “su” deyib nalə çəkəcək. Heç özümüz də içməyə su tapmayacağıq. Bunu anlamaq çətin olmamalıdır. Aytən, Bizimyol.info

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17077
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16695
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15981
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14143
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13098
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9987
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8437
"Zaur, yenə çaşdın..." - VİDEO
8104
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6660
Minimum əmək haqqı nə qədər arta bilər?
6267
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5710
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5487
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5076
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4756
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4447
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4437
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4135
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3401