AZ

AŞ PA-nın Azərbaycansız yaz sessiyası - kompromis görünmür

Strasburq öz tələblərinin yerinə yetirilməsində israr edir, Bakı isə tələbləri haqsız sayır\

Bir neçə gündən sonra Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) yaz sessiyası başlayacaq. Bəllidir ki, Azərbaycan nümayəndə heyəti yanvar ayında Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Bu qərar AŞ PA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. 

Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə deyib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. 

Son olaraq Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti  bu qurumun rəhbərliyinə məktub ünvanlayıb. Moldova nümayəndə heyətinin məktubunda AŞ PA-nın 2024-cü ilin yanvar ayı tarixində keçirilmiş sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat və Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb.

Məktubda, digər üzv dövlətlər kimi, Azərbaycanın da AŞ PA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞ PA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib.

Məktubda həmçinin Azərbaycan nümayəndə heyətinin AŞ PA-nın işində iştirak edə bilməməsinin nə təşkilata, nə də təşkilata üzv dövlətlərə uzunmüddətli xeyir gətirmədiyi vurğulanıb. İddialara görə, Moldovanın bu məsələdə vasitəçiliyi uğursuz olub. Belə ki, AŞ PA öz tələblərinin yerinə yetirilməsində israr edib. Bakı isə tələbləri haqsız sayır. Belə vəziyyətdə nə olacaq?

Çingiz

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının yanvar ayında Azərbaycan nümayəndə heyəti haqqında qəbul etdiyi qərar, dəfərlərlə deyildiyi kimi, qərəzlidir və korrupsiyalaşmış anti-Azərbaycan lobbilərinin təsiri altında verilmiş bir qərardır. Yəni AŞ PA-nın bu qərarı ilk növbədə onun öz adına, öz imicinə, nizamnaməsinə tamamilə ziddir: “Bir il ərzində onların tələblərinin guya Azərbaycan tərəfindən yerinə yetirilmədiyi halda, Avropa Şurasından çıxarılacağımız barədə qərarda qeyd olunanlar da nizamnamə pozuntusudur. Ölkə o tələbləri yerinə yetirmədiyi halda, növbəti bir il də vaxt verilə bilər. Azərbaycan dövləti və cəmiyyəti AŞ PA-nın bu qərarına haqlı olaraq təpki göstərib və bu gün də Azərbaycan bu addımın qərəzli olduğu mövqeyindədir. Təsadüfi deyil ki, bir sıra dövlətlərin AŞ PA-dakı nümayəndə heyətləri Azərbaycana qarşı addımın ədalətsiz və Avropa Şurasının özü üçün zərərli olduğunu bəyan edərək qərarın ləğvi üçün müraciətlər ünvanlayıblar. Lakin belə görünür ki, hələlik AŞ PA hətta həmin müraciəti ünvanlayanlara da hörmətsizlik edir və müraciətlərə əhəmiyyət verilmir. Gözlənilən idi ki, dövlətlərin nümayəndə heyətlərinin məktubları müzakirəyə çıxarılmayacaq. Belə də oldu. Çünki korrupsiyalaşmış qurum və onun korrupsiyaya uğrayan başında duranlar daha güclüdürlər və müraciətlərə baxmağa lüzum görmürlər. Lakin onların bu mövqeyi Azərbaycanın iradəsinə təsir göstərə bilməz. Azərbaycan ən yüksək səviyyədə bu məsələdə öz sözünü deyib. Azərbaycan nümayəndə heyətinin AŞ PA-da fəaliyyəti bərpa olunmayacağı halda, Azərbaycanın Avropa Şurasından çıxması məsələsi müzakirə oluna bilər. Biz Avropaya inteqrasiya istəyirik, əməkdaşlıqda israrlıyıq. Ancaq bu, qarşılıqlı və səmimi olmalıdır. Bizi saymayanın, bizə qərəzli münasibətdə olanın yanında olmağımız mümkün deyil. Ona görə də Azərbaycan hələ ki gözləyir və AŞ PA-nın öz yanlış qərarını dəyişəcəyinin ən düzgün addım olacağını düşünür. Qərarlarını dəyişməyəcəkləri halda Azərbaycan son sözünü deyəcək. Onlar bizi Avropa Şurasına dəvət ediblər, biz zorla oraya daxil olmamışıq. İndi Azərbaycana qarşı sifarişli siyasət yürütmək Avropa Şurasının faydasına olmayacaq. Qərardan 3 ay keçib, əgər qalan müddət ərzində müəyyən anlaşma əldə olunmasa və ziddiyyətlər daha da dərinləşsə, təbii ki, Azərbaycan Avropa Şurası üzvlüyündən çıxmaqla bağlı məsələni rəsmi olaraq gündəmə gətirəcək”.

Hüquq müdafiəçisi vurğuladı ki, belə olan halda, avtomatik olaraq Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi üzvlüyündən də çıxacaq. Çünki Avropa Şurasının üzvü olmadan bu məhkəmə sisteminin üzvü olmaq qeyri-mümkündür: “Bu halda isə Azərbaycan vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanları məhdudlaşmış olacaq. Bu isə hüquq müdafiəçisi olaraq bizləri narahat edir. Ona görə də biz çox istəyirik Avropa Şurası ilə Azərbaycanın əməkdaşlığı qalsın. Bunu Avropa Şurası da istəməlidir və AŞ PA öz qərarına yenidən baxmalıdır. Azərbaycana qarşı qəbul etdiyi haqsız qərarını dəyişdirməlidir”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

 

Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17851
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17433
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16621
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15050
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13918
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11716
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
11018
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10588
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10434
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10042
"Zaur, yenə çaşdın..." - VİDEO
8370
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7204
Minimum əmək haqqı nə qədər arta bilər?
6547
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6286
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5953
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5068
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5019
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4764
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4122