AZ

Rusiya ordusu bu kritik əraziyə daxil oldu - FOTO

“Bild” qəzeti Rusiya ordusunun Krasnoqorovkaya daxil olduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, söhbət Donetsk şəhəri yaxınlığında Ukraynanın nəzarətində olan sonuncu iri yaşayış məntəqəsindən gedir. Onun azad edilməsi Rusiya ordusunun irəliləməsinə bir neçə istiqamət açır.

Döyüşlərin videogörüntülərini tədqiq edən "Bild"-in hərbi eksperti Julian Röpke yazır ki, görüntülərə görə, rus qoşunları cənub-şərqdən, Marinka yaxınlığında zirehli texnika ilə qəsəbəyə dəmiryol xəttini keçərək daxil olublar.

“Rusiya Krasnoqorovkanın cənubuna uğurla daxil olub və indi dəmiryol relslərinin cənubunda və şimalında bir neçə yaşayış massivlərini tutur”, - Röpke yazıb.

Seçilən
166
6
Mənbələr
Şərh ()
Bağla