AZ

“Barselona” bu oyunçu ilə güclənəcək

“Barselona” yay transfer pəncərəsində “Atletik Bilbao”nun ispaniyalı hücumçusu Niko Uilyamsı transfer etmək üçün əlindən gələni edəcək.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kataloniya klubu 21 yaşlı hücumçu üçün 2023-cü ilin dekabrında yenilənən 50 milyon avro məbləğində təzminat paketini ödəyə bilər.

Futbolçunun özü isə baskların komandasında qalmaq istədiyini, lakin “Barselona”nın onu özünə cəlb etmək üçün fürsət axtardığını bildirib. 2024-cü ilin yayında transferlə bağlı razılaşmanın mümkünlüyü istisna oluna bilməz, çünki gənc Uilliams gələn mövsüm “Atletik”lə Avropa yarışlarında oynamaq istəyir.

Seçilən
147
1
Mənbələr
Şərh ()
Bağla