AZ

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur

Aprelin 10-11-də Azərbaycanda Ramazan bayramı qeyd olunur. Müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd edilməyə başlayan Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 30 gün davam edir. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda hər il olduğu kimi, bu il də Ramazan bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Xalqımız taleyinin ən çətin dönəmlərində də öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi: “...Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır”.Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan bayramı aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının ruhlarına dualar oxunacaq.Mətləb






© 2002-2021, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, AzərbaycanTel.: (+994 12) 598-33-90 ; Faks: (+994 12) 493-11-62 ; Email: [email protected]Baş redaktor: Bəhruz QULİYEV Təsisçi: “Əlincə“ Azərbaycan Xeyriyyə Cəmiyyəti"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.

Seçilən
173
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3818
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3574
Bu yol qovşağında təmir işləri aparılacaq
3074
Bakıda hoteldə yanğın başlayıb
2693
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1782
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1647
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1542
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1441
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1316
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1241
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1234
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1139
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1094
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
942
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
940
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
907
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
900
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
854
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
829
Sabah 5 kəndin qazı kəsiləcək
776