AZ

Rodriqo Qoes: “Mançester Siti” görüşmək istəmədiyimiz rəqibdir”

“Real”ın hücumçusu Rodriqo Qoes Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az Rodriqonun bu barədə fikilərini təqdim edir:

“Bu, açıq desək, görüşmək istəmədiyimiz rəqibdir. Onlar da eyni fikirdədirlər: bizə qarşı oynamaq istəmirdilər. Hamı bunun finalda görüş olacağını gözləyirdi, amma bu, indi baş verəcək. “Mançester Siti” çox yaxşıdır, amma komandamız da çox güclüdür. Onlarla yenidən görüşmək xoş olacaq”, deyə Rodriqo vurğulayıb.

Rodriqo vaxtilə “Liverpul”a baş tutmamış keçidi haqqında da söhbət açıb:

“Hər zaman Avropada oynamaq arzusunda idim, amma “Santos”da qalmaq və klubun tarixinə öz töhfəmi vermək istəyirdim. Belə də oldu – arzumu yerinə yetirdim və əsas komandada oynadım. Amma düzdü, mən az qala “Liverpul”a keçəcəkdim”, deyə Rodriqo xatırlayıb.

Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.

Rodriqo “Real”da çıxış etdiyi müddətdə 207 oyuna çıxıb, 52 qol vurub, 40 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə “qaymaqlılar”la bütün yarışlarda 42 oyuna 15 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib.

Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 22 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı vingerin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
109
2
Mənbələr
Şərh ()
Bağla