AZ

Külək güclənəcək, bəzi çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Aprelin 11-dən Azərbaycanda hava şəraitinin küləkli və yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
43
Mənbələr
Şərh ()
Bağla