AZ

Bayramqabağı dollara tələbat artdı


Bu gün – 9 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 78,9 milyon dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bundan əvvəlki – 4 aprel tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 14,4 milyon dollar artıb.
Belə ki, 4 aprel tarixində keçirilən hərracda 64,5 milyon dollar həcmində valyuta satılıb.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 25 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 2 milyard 27,7 milyon dollar satılıb.

9 yanvar – 74,9 milyon dollar
11 yanvar – 80,4 milyon dollar
16 yanvar – 52,9 milyon dollar
18 yanvar – 58 milyon dollar
23 yanvar – 43,9 milyon dollar
25 yanvar – 42,8 milyon dollar
30 yanvar – 64,2 milyon dollar
1 fevral – 78,7 milyon dollar
6 fevral – 79,7 milyon dollar
8 fevral – 61,4 milyon dollar
13 fevral – 151,5 milyon dollar
15 fevral – 103,9 milyon dollar
20 fevral – 102,6 milyon dollar
22 fevral – 108,1 milyon dollar
27 fevral – 105,1 milyon dollar
29 fevral – 80 milyon dollar
5 mart – 68,9 milyon dollar
7 mart – 79,1 milyon dollar
12 mart – 79,4 milyon dollar
14 mart – 83,3 milyon dollar
19 mart – 93 milyon dollar
28 mart – 94,6 milyon dollar
2 aprel – 97,9 milyon dollar
4 aprel – 64,5 milyon dollar
9 aprel – 78,9 milyon dollar

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
270
5
yeniavaz.com

9Mənbələr