AZ

AFFA Gilyerme Silvanı 2 oyunluq cəzalandırdı

Bu gün keçirilmiş AFFA İntizam Komitəsinin növbəti iclasında Birinci Liqanın 20-ci turunun oyunları ilə də bağlı qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, İK 20-ci turun oyunlarındakı qayda pozuntularına və çatışmazlıqlarla belə hüquqi qiymət verib:

“Mingəçevir” – “İmişli” oyununda “İmişli”nin futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “İmişli” klubu buna görə 150 manat cərimə ödəyəcək.

“İrəvan” – “Araz Saatlı” oyununda “İrəvan”ın futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “İrəvan” klubu buna görə 50 manat cərimə edilib. “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Saatlı klubu 70 manat cərimə edilib.

“Zaqatala” – “Karvan” oyununda “Karvan”ın futbolçusu Akif Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Yevlax klubu buna görə 150 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

MOİK – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

Seçilən
107
31
Mənbələr
Şərh ()
Bağla