AZ

Üç nəhəng marka “Tesla”ya qarşıgüclərini birləşdirir

“Toyota” sürücüyə yardım sistemlərinin (ADAS) inkişafını sürətləndirmək və daha yüksək muxtariyyət səviyyələrinə çatmaq üçün “Huawei”, avtonom sürücülük startapı üçün isə “Momenta” şirkəti ilə işləyəcəyini açıqlayıb.

Şirkətlər avtonom idarəetmə texnologiyalarını “Toyota”nın qlobal məhsul xəttinə inteqrasiya etməyə çalışacaq. “Huawei” “ADAS” texnologiyası vasitəsilə aparat hissələri təmin edəcək, “Momenta” isə avtonom sürücülük proqram təminatı verəcək. “Toyota” istifadəçi interfeysi və inteqrasiya prosesinə nəzarət edəcək.

Tərəfdaşlığın rəsmi olaraq bu ayın sonunda Çində keçiriləcək Pekin avtosalonunda elan ediləcəyi gözlənilir. Tədbir “Toyota” üçün Çin bazarında mobillik həllərini nümayiş etdirmək üçün kritik əhəmiyyət kəsb edir .

“Tesla FSD” və BYD avtonom idarəetmə texnologiyasında fərqlənir. Bununla belə, avtonom proqram təminatı ilə seçilən “Huawei” və “Momenta” kimi texnologiya nəhəngləri ilə tərəfdaşlıq qurmaq “Toyota”nın sürücüsüz idarəetmə texnologiyalarında seçilməsinə imkan yarada bilər.

Məhəbbət Tərlanoğlu

Seçilən
221
1
avtosfer.az

10Mənbələr