AZ

MEDİA və DTX vətəndaşları əsassız informasiyalara inanmamağa çağırıb

Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan–Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən əsassız məlumatlar, reallığı əks etdirməyən saxta xəbərlər yayımlanır.
Bu barədə Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlu­matında bildirilib. 
Məlumatda, həmçinin qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiy­yətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşla­rı – 1977-ci il təvəllüdlü Əliyev Rəşad Ba­lağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu müəyyən edi­lib, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilib. 
Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən əməl­lərin törədilməsinin ciddi hüquqi məsu­liyyətə səbəb olduğuna dair xəbərdarlıq edərək media subyektlərini və jurnalist­ləri sosial şəbəkələrdə yayımlanan qey­ri-dəqiq, mənbəyi bilinməyən məlumatlar­dan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, sosial şəbəkələrdə yayılan, rəsmi mənbələrə söykənməyən əsassız informasiyalara inanmamağa ça­ğırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
305
48
xalqqazeti.az

10Mənbələr