AZ

Bank "BTB" ASC məhkəməyə verildi

Bank "BTB" ASC məhkəməyə verilib. 
Valyuta.az xəbər verir ki, bankı məhkəməyə Əliməmmədov Telman Malik oğlu verib. Əldə etdiymiz məlumata görə, Ə.Telman məhkəmədə banka qarşı "Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr" üzrə iddia qaldırıb. 

Qeyd edək ki, işə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə baxılacaq. 

"BTB Bank” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66 450 000 AZN-dir. 

Bankın səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya məxsusdur. Nigar Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin gəlinidir. O, akademikin fövqəladə hallar nazirinin müavini olan oğlu Timur Mehdiyevin xanımıdır. 

Ramiz Mehdiyev "BTB Bank”la bağlı açıqlamalarında bankın oğluna məxsus olduğunu təsdiqləyib.

Ötən ilin sonlarında məlumat yayılmışdı ki, “Bank BTB” ASC satışa cıxarılıb. 

“Santex-Servis Konvent” MMC-yə gəlincə, şirkət 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Hidayətov Rauf Seyfəddin oğludur. 

Amma şirkətin sahibi Rauf Hidayətovun atası Seyfəddin Hidayətovdur. 

Yeri gəlmişkən, “Bank BTB” ASC şirkətlə yanaşı Seyfəddin Hidayətovu da məhkəməyə verib. 

Rəhim

Seçilən
181
16
Mənbələr
Şərh ()
Bağla