AZ

Bu ölkədə 100-dən çox adam istidən öldü

Malidə son həftələr davam edən anomal isti hava səbəbindən 100-dən çox insan həyatını itirib.

Publika.az “BBC”yə istinadən xəbər verir ki, təkcə paytaxt Bamakodakı Qabriel Ture xəstəxanası istidən ölən 102 nəfərin meyitini qəbul edib.

Keçən həftə ölkənin cənub-qərbindəki Kayes şəhərində havanın temperaturu 48,5 dərəcə olub. Bu, bütün Afrika üzrə aprel ayı üçün tarixi maksimum hesab olunub.

Təsdiqlənməmiş məlumatlara görə, 3 gündə 250-dən çox insan anomal istidən ölüb.

Mütəxəssislər Malidə görünməmiş istiləri El Nino hava fenomeni ilə əlaqələndirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
8
publika.az

10Mənbələr