AZ

Bakıda yük maşınına görə yol bağlandı

Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, köməkçi yolda anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, nəticədə də Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.

Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hərəkətin bərpa olunması istiqamətində işlər görülür.

Seçilən
138
21
Mənbələr
Şərh ()
Bağla