AZ

Zelenskiyə görə, əgər Kiyev məğlub olarsa...

...Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin yardım paketinin qarşısını almadığı təqdirdə Ukraynanın müharibəni uduzacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Strana.ua” xəbər verir.

Zelenski əmindir, bu halda Rusiya başqa ölkələrə də hücum edəcək.

...Konqres kömək etməsə, Ukrayna müharibəni uduzacaq. Və bunun üçün ictimai format tapmalıyıq. Əgər Ukrayna bu müharibəni uduzarsa, başqa ölkələr də rus hücumuna məruz qalacaq.

Qeyd edək ki, Podolyak, Trampa aid edilən plandan ərazi güzəştləri yolu ilə Rusiya Federasiyası ilə sülh ideyasını rədd edib.

Xatırladaq ki, Zelenski daha əvvəl, ABŞ Konqresinin 60 milyard dollarlıq hərbi yardım paketini vaxtında təsdiq etməməsinin Kiyevə baha başa gəldiyini demişdi.

Bu gün isə o bildirib ki, hazırkı vəziyyətdə Ukrayna Silahlı Qüvvələri cəbhə xəttinin təhlükəsizliyini təmin etmək və döyüş sursatını qorumaq üçün geri çəkilməlidir.

Zelenski vurğulayıb ki, Vaşinqtonun dəstəyi olmadan Kiyev hava hücumundan müdafiə və elektron müharibə sistemlərinə, “Patriot” raket sistemlərinə eləcə də artilleriya üçün sursatlara malik olmayacaq.

Bundan əvvəl ABŞ Konqresinin aşağı palatasının spikeri Mayk Conson apreldə onun təklifi ilə Ukraynaya yeni hərbi yardım paketi haqqında qanun layihəsinin baxılmaq üçün təqdim ediləcəyini bildirmişdi. O əlavə edib ki, bu məsələ ilə bağlı müzakirələr Konqres tətili başa vurduqdan sonra ilk iş günü olacaq.

Ağasəf Babayev

Seçilən
236
34
Mənbələr
Şərh ()
Bağla