AZ

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək

Aprelin 8-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş BMT-Turizmin (Ümumdünya Turizm Təşkilatı) Avropa üzrə Regional Komissiyasının 70-ci iclasında Azərbaycan nümayəndə heyəti iştirak edib.Missiya.Az "Report"a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda BMT-Turizmdə (Ümumdünya Turizm Təşkilatı) daimi nümayəndəsi Ramiz Həsənov da iştirak edib.İclas çərçivəsində ölkəmizin 2025-ci ildə BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının növbəti 71-ci iclasına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.

Seçilən
98
15
Mənbələr
Şərh ()
Bağla