AZ

Rusiya XİN: Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq

Ukraynanın Rusiyadakı səfirliyinin binası toxunulmaz qalacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib. Onun sözlərinə görə, Rusiya diplomatik münasibətlər üzrə Vyana Konvensiyasına əməl edəcək və torpaq sahəsinin icarə müqaviləsinə xitam verdikdən sonra belə Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq.

Diplomat xatırladıb ki, Ukrayna səfirliyinin binalar kompleksinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi Moskva meriyasının Kiyev Şəhər Şurasının Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı qərarına cavab olaraq ləğv edilib. \"Diplomatiyada qəbul edilən qarşılıqlılıq prinsipi belə işləyir”, deyə o vurğulayıb.

\"Torpaq icarəsi müqaviləsinə xitam verilməsi Ukraynanın dövlət mülkiyyətində qalan səfirlik binasının toxunulmazlığına təsir göstərmir. Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, diplomatik münasibətlər kəsildiyi halda, qəbul edən dövlət hətta silahlı münaqişə baş verdikdə belə, missiyanın binalarına onun əmlakı və arxivləri ilə birlikdə hörmət etməli və onları qorumalıdır. Bu, eyni dərəcədə Rusiyanın Ukraynadakı diplomatik mülkiyyətinə də aiddir”, deyə Polişçuk əlavə edib

Qeyd edək ki, 2022-ci il fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı nümayəndəliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün təxliyə edildiyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin fevralın 24-də səhər saatlarında Ukraynada xüsusi hərbi əməliyyat başlanması haqqında qərar verib. Elə həmin gün Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası ilə diplomatik münasibətləri kəsdiyini, Ukrayna Xarici İşlər Nazirliyi isə diplomatların təxliyə edildiyini elan edib. O vaxtdan bəri Ukraynanın Moskvadakı və Rusiyanın Kiyevdəki səfirliklərinin binaları boşdur.
 
///APA
Seçilən
149
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16575
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
13520
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10063
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
8914
Faiq Sadıqov
8218
Səidə Sultan klipi üçün lüt soyundu
6725
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5817
Gənc aparıcı vəfat etdi - FOTO
5470
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5431
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5126
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5087
10 yaşlı uşağın faciəvi ölümü
4816
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4648
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4552
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
3986
Ruslan Müşfiqabadlının anası vəfat edib
3347
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3241
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3148
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2729