AZ

UKRAYNALI İDMANÇILARA OLİMPİADADA RUSLARLA ŞƏKİL ÇƏKDİRMƏK QADAĞAN OLUNACAQ

Ukrayna hakimiyyəti Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edən idmançılarına qrup fotolarında ruslarla yanaşı durmağı, əl sıxmağı və birgə müsahibə verməyi qadağan edib.Bu tələblər Ukrayna Milli Olimpiya Komitəsi tərəfindən hazırlanan davranış protokolunda öz əksini tapacaq, - təşkilatın prezidenti Vadim Qutzeit vurğulayıb.O, telemarafonda efirdə deyib: “Bir-birinizi təbrik etməyin, təbii ki, heç bir ümumi fotoda durmayın, ümumi müsahibələr verməyin, təbii ki, əl sıxmayın”.Qudzeitin sözlərinə görə, Kiyev indi rusiyalı rəqibi ilə əl sıxmayan ukraynalı qılıncoynadan Olqa Xarlanda olduğu kimi münaqişəli vəziyyətlərdən qaçmaq üçün digər ölkələrin federasiyaları ilə bu prosedur nüansları üzərində işləyir.E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
11
Mənbələr
Şərh ()
Bağla