AZ

Xiaomi-dən yeni planşet: Redmi Pad Pro

Son yayılan məlumatlar və rəsmi açıqlamalarla Xiaomi-nin Redmi modellərinə yeni əlavələr edəcəyi məlum idi. İndi şirkət Redmi Pad Pro və Redmi Turbo 3 seriyalarının təqdimatını təsdiqləyib. Xiaomi-nin yeni orta səviyyəli planşet Pad Pro da Redmi Turbo 3 ilə birlikdə Çin bazarında elan ediləcək.

Fins.az xəbər verir ki, Xiaomi-nin yeni orta seqment planşeti şirkətin ən yeni seriyası olacaq Redmi Turbo 3 ilə birlikdə elan ediləcək. Aprelin 10-da təqdim ediləcəyi açıqlanan Pad Pro-nun ortaya çıxan görüntülərdə qələm və qoruyucu örtüklü klaviatura olduğu görünür.

Müasir və dəbli dizaynla nümayiş etdirilən planşet 3,5 mm audio yuvası və ikili arxa kameraya malikdir. Təsdiq edilmiş xüsusiyyətlərdən biri Redmi Pad Pro ekranıdır. Xiaomi Pad Pro üçün 12,1 düymlük 2,5K LCD ekrana üstünlük verir. Bundan əlavə, 10.000 mAh batareya ilə təqdim ediləcək yeni planşet digər Xiaomi cihazları kimi HyperOS sistemində işləyəcək.

Canlı rəng seçimləri ilə təqdim olunacaq Pad Pro, dizaynı ilə gənclərin diqqətini çəkməyi bacarır. Prosessor və digər xüsusiyyətlər haqqında təfərrüatlar hələ ortaya çıxmasa da, 2022-ci ildə təqdim edilən modelin Helio G99 çipset və 8.000 mAh batareya ilə gəldiyini nəzərə alsaq, Redmi Pad Pro daha güclü xüsusiyyətlərə, daha yüksək qiymət etiketinə sahib olacaq.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
67
7
Mənbələr
Şərh ()
Bağla