AZ

Xanımların diqqətinə! - Bir kişini tanımaq üçün verəcəyiniz 4 sual

\"Bir çox qadının etdiyi ən böyük səhvlərdən biri ilk görüş zamanı kişilərə doğru sualı ünvanlamamaqlarıdır”. 

AZXEBER.COM xəbər verir ki, bu barədə məşhur Türk psixoloqu Adil Yıldırım öz  Youtube hesabında paylaşım edib və kişilərə verilməli olan 4 sualı izləyiciləri ilə paylaşıb: 

\"Biz kişilər qadınlardan fərqli olaraq, ilk  görüş zamanı xoşumuza gələn xanımı çox sorğu-sual etmirik. Gələcək məqsədinin nələr olduğunu və ya 3,4 il sonra harada olmağı planladıqlarını soruşmuruq. İlk növbədə həmin xanımın bizə necə xoş duyğular yaşada biləcəyini düşünürük. 

Qadınların ilk görüşdə kişilərdən soruşmalı olduğu 4 sualı hazırlamışam. Bu sualları verməklə qadın qarşı tərəfin onun üçün olub-olmadığını müəyyən edə bilər. 

1. Üslubunuzu yumşaq edərək, soruşacağınız ilk sual : \" Sənin qadınlarda axtardığın ilk özəllik nədir? İlk olaraq nəyə diqqət edirsən?” 

Əgər bu suala cavab olaraq, ağlına ilk qeyri-etik şeyləri gətirib, bunu sizə bildirirsə, dayanmadan uzaqlaşmağınızı məsləhət görürəm. Çünki artıq bu sualla sizə qarşı məqsədini bəlli etmiş olur. 

2. İkinci sual isə belə olmalıdır: \" Qadınlarda sevmədiyin özəllik nədir?” 

İcazə verin, o qadınlarda sevmədiyi özəlliklər haqqında danışsın. Onunla ilk görüşdə onun xarakteri ilə maraqlanın. Təhsili, oxuduğu universiteti ilə sonradan maraqlanın. Davranış tərzi və xarakter olmayandan sonra, oxuduğu, işlədiyi yerin heç bir önəmi qalmır. Bir neçə gün sonra xaraktersizliyinə görə sizdən uzaqlaşdıqda pis vəziyyətdə qalan və üzülən tərəf siz olmuş olursunuz. 

3. \"Ciddi bir münasibət sənin üçün nə ifadə edir?” sualı isə 3 cü verməli olacağınız sualdır. 

Bununla siz münasibətdə ciddiyət axtardığınızı və qarşı tərəfin bu barədə nə düşündüyünü öyrənməyə çalışdığınızı bildirmiş olursunuz. 

4. Dördüncü və ən vacib sual isə \" Ailənlə münasibətin necədir?” sualı olmalıdır. 

Əgər 45 dəqiqə anası haqqında danışırsa, tam bir ana quzusudur. Elə biri ilə münasibətdə olmaq sizin üçün ciddi problem ola bilər. Əlbəttə ki, bir kişi anasını sevməlidir. Amma hər şey həddində gözəldir. Bunu unutmayın. 

Oksana
Seçilən
171
8
Mənbələr
Şərh ()
Bağla