AZ

“Rusiya xalqına qarşı mərhəmət və humanizm nümayişi” qadağandır?

...Və yeri gəlmişkən, bu arada Qərb mediasına Moskva yaxınlığındakı “Crocus Sity Hall”da baş verən faciəyə sadə vətəndaşların reaksiyasını yayımlamaq, həmçinin ölən və yaralananların adını çəkmək qadağan edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin press-relizində deyilir.

Departament hesab edir ki, dünya ictimaiyyətini hadisənin real təşkilatçılarından və faydalananlardan yayındırmaq üçün Qərb mediasına guya “terror aktının qurbanlarının sayını qeyd etməmək göstərişi verilib”.

Yəni “Rusiya xalqına qarşı mərhəmət və humanizm nümayişi” qadağandır.

...Dediyimiz kimi, Rusiyanın Xarici İşlər Nazirliyi qeyd edib bunu.

Rusların iddiasına görə, guya bu, “Qərbin xüsusi kinsizliyini” göstərir.

...Xatırladaq ki, Müslüm Maqomayev adına “Crocus City Hall”-da terror aktı martın 22-də axşam saatlarında baş verib. Belə ki, silahlı şəxslər binaya soxularaq zalın ziyarətçilərini və əməkdaşlarını güllələməyə başlayıb, sonra isə yanğın başlayıb. Hücum nəticəsində 144 nəfər həlak olub. ...Cinayətkarlar Rusiya-Ukrayna sərhədindən 141 km aralıda saxlanılıb. Ümumilikdə 11 müttəhim həbs edilib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
2

1Mənbələr

Şərh ()
Bağla