AZ

Qarabağ cinayətkarı 2024-cü il üçün Nobel Sülh Mükafatına namizəd oldu

Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardanyan “xeyriyyəçilik və humanitar fəaliyyətinə görə” Nobel Sülh Mükafatına namizəd olub.
Ednews xəbər verir ki, bu barədə "news.am" saytı məlumat yayıb.
Hazırda Bakıda həbsdə olan erməni milyarderin namizədliyi bir sıra şəxslər tərəfindən irəli sürülüb.
Xatırladaq ki, Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina eədərək Qarabağa köçdüyünü elan etmişdi. O, 2022-ci il noyabrın 4-də “dövlət naziri” olub. 2023-cü ilin fevral ayının 23-də isə Azərbaycanın təzyiqi ilə bu işindən azad edilib. Lakin o, Qarabağda qalaraq separatçı əməllərinə davam etdi.
Sentyabrın 19-da keçirilən antiterror əməliyyatından 8 gün sonra o, Qarabağdan qaçmağa çalışarkən Laçın rayonunda DTX tərəfindən tutularaq həbs edilib.
Onu 14 ilə qədər həbs gözləyir.
Əkbər Novruz

Seçilən
132
2
Mənbələr
Şərh ()
Bağla