AZ

“Dəfələrlə boşanmaq istəmişəm, amma o əl çəkmir” - Xalq artisti

"İkinci dəfə ailə qurmağımdan razı deyiləm. Mən "ağı qaradan ayıra bilmədim"... Həyat yoldaşım da mənim razı olmadığımı bilir. Bu haqda da ona dəfələrlə demişəm. Mən heç bilmirəm həyat yoldaşım məni istəyir, yoxsa yox. İstək hərəkətlər və əməllərlə məlum olmalıdır". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Həftənin qonağı" verilişində deyib. 

Aktrisa ikinci həyat yoldaşı Yusif bəylə münasibətlərindən söz açıb: 

"Kişi qaya, qadın isə dənizin dalğasıdır. Vurur özünü qayaya... Qaya isə düppədüz durur. Əks cinsin nümayyəndələri düşünürlər ki, qadınlar hər zaman narazıdırlar. Amma mən narazı deyiləm. Mən "Hər şey var, amma bu narazıdır" düşüncəsində əsla deyiləm. Ümumiyyətlə, heç nə yoxdur. Dəfələrlə boşanmaq istəmişəm. Amma həyat yoldaşım məndən əl çəkmir. Yenə deyirəm istəmək sözdə yox əməldə olmalıdır. Bəzən kişilər qadınlara "sevgi" sözünü belə qıymırlar. Mən şıltaq deyiləm. Küsəyənəm...

Mən insanam axı... Bəlkə də mənim kimi qadınlar çox azdır. Bu 8 il evliliyin 3 ilini təkcə sevgi içində yaşamışam. Çox şeylər oldu. Kaprizli insan deyiləm. Çox təmizkaram. Çox şey tələb edən qadın deyiləm. Belə qadını hansı kişi əldən buraxmaq istəyər? Qalmaqal yaradan qadın deyiləm. Bu qədər teatrda işləmişəm, amma indiyə kimi heç kimin xətrinə dəyməmişəm".

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Naibə Allahverdiyeva ilə ikinci həyat yoldaşı Yusif bəy arasında söz-söhbət yaşanıb və aktrisa ondan ayrılmaq istəyib.

"Bizimləsən" ictimai-sosial proqramında cütlüyün ailə dramı müzakirəyə çıxarılıb. Naibənin əri verilişin canlı efirinə zəng edərək, qarşı tərəfin onu bağışlamasını istəyib. Allahverdiyeva verilişin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə ona ikinci şans verib. 


Telegram kanalımız
Seçilən
167
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16519
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
13331
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10001
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
8844
Faiq Sadıqov
8058
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5783
Səidə Sultan klipi üçün lüt soyundu
5722
Gənc aparıcı vəfat etdi - FOTO
5413
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5286
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5092
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5048
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
10 yaşlı uşağın faciəvi ölümü
4718
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4533
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4497
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
3843
Ruslan Müşfiqabadlının anası vəfat edib
3080
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3003
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
2983
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2668