AZ

DGK bu şirkətə cərimə yazdı

"Al-import" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

 İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır. Baxış iclası aprelin 16-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 8 Aprel 2024, 08:08   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
15
pravda.az

10Mənbələr