AZ

“Zirə” “Qəbələ”ni böyük fərqlə məğlub etdi

Azərbaycan Premyer Liqasında XXIX tur davam edir.

Publika.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

“Zirə” və “Qəbələ” komandaları birincilərin meydanında üz-üzə gəliblər. Dörd gün əvvəl baş tutan Azərbaycan Kubokunun yarımfinal oyununda olduğu kimi, bakılılar yenə meydandan qalibiyyətlə ayrılıblar. Ancaq bu dəfə daha böyük hesab qeydə alınıb.

Rəşad Sadıqovun yetirmələri artıq birinci hissədə rəqib qapısından 3 top keçiriblər. 4-cü dəqiqədə Rəhim Sadıxov hesabı açıb. 25-ci dəqiqədə Rafael Utziq, iki dəqiqə sonra isə Ceyhun Nuriyev adlarını tabloya yazdırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
4
publika.az

10Mənbələr