AZ

Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməyi düşünür

Düşənbə Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsinə baxır”.

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi bildirib.

O qeyd edib ki, Türkiyə viza rejiminin tətbiqi ilə bağlı Tacikistanı xəbərdar etməyib.

“Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə uyğun olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirir”, – Səmədi bildirib.

Qeyd edək ki, Türkiyə Tacikistan vətəndaşlarına vizasız ölkəyə girişi qadağan edib. Bu barədə fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Qərarın səbəbləri açıqlanmayıb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
29
banker.az

10Mənbələr