AZ

Ərdoğan Pakistan Prezidenti ilə danışıqlar APARDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan prezidenti Asif Əli Zərdari ilə telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Pakistan arasında əlaqələr müzakirə olunub.

Ərdoğan iki ölkə arasında əlaqələrin hər sahədə gücləndirilməsi əzmində olduğunu bildirib.

O, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ilə nümunəvi ikitərəfli əlaqələrin daha da güclənəcəyini vurğulayıb.

Ərdoğan Pakistanda törədilən terror aktlarında həyatını itirənlərə görə başsağlığı verib.
Seçilən
146
3
Mənbələr
Şərh ()
Bağla