AZ

Seneqalın keçmiş baş naziri Fransada vəfat edib

Seneqalın keçmiş baş naziri Məhəmməd Bun Abdallah Dion Fransada 65 yaşında xəstəlikdən dünyasını dəyişib.

"Report"un xəbərinə görə, bu barədə Seneqalın Xəbər Agentliyi məlumat yayıb.

Dion martın 24-dəki seçkilərdə Seneqal prezidentliyinə 19 namizəddən biri olub. Seçki kampaniyası zamanı səhhətində problemlər yaranan siyasətçi müalicə üçün Fransaya gedib.

O, 2014-cü ilin iyulundan 2019-cu ilin mayına qədər hökumətə rəhbərlik edib.


BiG.Az
Seçilən
163
2
Mənbələr
Şərh ()
Bağla