AZ

Stadnik Bakıda Olimpiada şansını əldən verdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanın daha bir qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.



Komanda.az xəbər verir ki, 35 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub olub.



Onqat Avropa və ikiqat dünya çempionu olimpiadaya lisenziya yolunda ukraynalı Oksana Livaça uduzub. 26 yaşlı Avropa çempionu təmsilçimiz üzərində 4:2 hesablı qələbə qazanıb.



Daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərgüləş Mariya Stadnik

Seçilən
264
6
Mənbələr
Şərh ()
Bağla