AZ

İftar süfrəsi üçün fərqli reseptlər

Milli.Az axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir.

Tava kabab

Ərzaqlar:
1 kiloqram qiymə (istədiyiniz kimi mal/quzu əti qarışığı)
1 soğan (incə doğranmış)
1 dəstə cəfəri (incə doğranmış)
2 yaşıl bibər (incə doğranmış)
3 diş sarımsaq (əzilmiş)
1/2 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər
1/2 çay qaşığı qırmızı bibəri
4 xörək qaşığı kərə yağı (ərinmiş)
1,5 xörək qaşığı bibər pastası
1 stəkan su (bibər pastasını sulandırmaq üçün)
1 pomidor (üstü üçün)
1 bibər (üstü üçün)
1 qırmızı bibər (üstü üçün)

Hazırlanması:
Qaba qiymə, soğan, cəfəri, yaşıl bibər, sarımsaq, zirə, duz, qara istiot və qırmızı bibəri töküb, yaxşıca yoğurun. Tərkibi yaxşıca qarışdırıldıqdan sonra, qiymə qarışığını sobaya qoyacağınız tavaya yayın. Bıçağın köməyi ilə 8 dilimə kəsin. Ərinmiş kərə yağı kababın üzərinə töküb fırça ilə hər tərəfə yayın. Bibər pastası və suyu qarışdırıb, qiymənin üzərinə tökün. Uzunlamasına ikiyə kəsdiyiniz bibərləri, üzərinə isə dilimlədiyiniz pomidorları düzün. Sobada 190 dərəcə 40 dəqiqə bişirin və nimçə kababı isti şəkildə süfrəyə verin.

Sütlaç

Ərzaqlar:
1/2 çay stəkanı düyü (3 xörək qaşığı/40 qram)
2 stəkan qaynar su (400 ml)
1 litr süd
1 stəkan şəkər tozu (180 qram)
2 xörək qaşığı buğda nişastası
1 çay stəkan su (150 ml)

Hazırlanması:
Yalnız bir dəfə suda yuduğunuz düyünü qazanın içinə qoyun və üzərinə 2 stəkan qaynar su əlavə edib vam odda bişirməyə başlayın. Bu arada, vaxtaşırı yavaş-yavaş qarışdırın. Düyü suyu özünə çəkib yumşaq olduqda, süd əlavə edin. Qarışdırın və süd qaynayana qədər arabir qarışdırmağa davam edin. Qaynadıqdan sonra istiliyi azaldın və az odda, qarışdıraraq, başqa 8-10 dəqiqə bişirin. Sonra şəkər əlavə edin və qarışdırın. Yenidən qaynamasını gözləyin və 4-5 dəqiqə daha az odda bu şəkildə qaynadın. Nişastanı əlavə etmək üçün bir qaba qoyun və 1 çay stəkan su ilə qarışdırın. Qarışdırın və eyni zamanda qazana əlavə edin. Az-az əlavə etsəniz, yığılma riskinin qarşısını almış olarsınız. Qarışdırdıqdan sonra bir az qatılaşana qədər bişirin. Bu arada yenə qaynayacaq və səthə çıxan xırda baloncukları görəcəksiniz.Bunu gördükdən sonra vam odda qoyub 1-2 dəqiqə daha bişirin və sonra ocaqdan götürün. Qarışığı sobaya qoya biləcəyiniz qablara tökün. Sobaya qoyub üzərini qızardın. Süfrəyə verərkən üzərinə darçın tozu və ya qovrulmuş fındıq tökün. 

Küftəli qatıq şorbası

Ərzaqlar:
Küftə qarışığı üçün:
300 qram qiymə ət
3 xörək qaşığı incə bulqur
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Şorba üçün:
2 stəkan qatıq
3 xörək qaşığı un
5 stəkan su
1 çay qaşığı duz

Üzəri üçün:
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı quru nanə
1 çay qaşığı çili bibəri

Hazırlanması:
Küftə ərzaqlarını bir qaba qoyun və yaxşıca yoğurun. Sonra kiçik küftələr düzəldin. Küftələrin yapışmaması üçün onları unlayın. Bir qazana üç stəkan su qoyun və qaynadın. Küftələri qaynar suya əlavə edin və 10 dəqiqə bişirin. Ayrı bir qabda qatıq və unu yaxşıca qarışdırın. Küftələrdən suyu götürüb qatıq-un qarışığına əlavə edin. Hazırladığınız marinaddan yavaş-yavaş küftələrin üzərinə əlavə edin. Ədviyyat əlavə edərkən, şorbanı yavaş odda tez qarışdırın. Təxminən 10 dəqiqə bişirin, yavaş-yavaş qarışdırın. Bişirdikdən sonra duz əlavə edin. Üzərinə nanə qurusu səpərək süfrəyə verin.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
104
16
Mənbələr
Şərh ()
Bağla