AZ

“Məzunlarımızı tanıyaq” layihəsi çərçivəsində görüş- Məzun və tələbələrimiz arasında körpü yaradılır

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMİU) TələbəHəmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə"Məzunlarımızı tanıyaq" adlı layihəyə start verilib.

Layihənin qonağı isə AzMİU-nun Tikinti-iqtisad fakültəsininməzunu, Biznes və maliyyə savadlılığı üzrə peşəkar təlimçi, “RodoosTraining and Consulting" şirkətinin təsisçi və direktoru RafətŞirəliyev olub.

Məzunlarımız və tələbələrimiz arasında körpü yaratmaq, özixtisası üzrə uğurlu gənclərin tanıdılmasına xidmət edən görüşRafət Şirəliyevin dəyərli fikir və məsləhətləri ilə yaddaqalıb.

Görüşdə THİK sədri Şahmar Rəfili çıxış edərək Rafət Şirəliyevitələbələrə təqdim edib və "Məzunlarımızı tanıyaq" layihəsi haqqındaməlumat verib. O, qeyd edib ki, layihə tələbələrə məzunlarımızıtanıtmaqla yanaşı, istehsal sahəsindən gələn mütəxəssislərlətələbələr arasında sağlam mühit formalaşdıracaq, peşəmotivasiyalarını yüksəldəcək.

Söz layihənin ilk qonağı, məzunumuz Rafət Şirəliyevə verilib.Auditoriya qarşısında çıxış edən Rafət Şirəliyev özünün tələbəlikxatirələrini bölüşüb, ona dərs deyən müəllimlərini yada salıb. Uğurhekayəsi və bu yolda qazandığı təcrübələri tələbələrimizlə bölüşüb,universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadəetməyə çağırıb.

Tələbələrdə yüksək maraq doğuran görüş interaktiv formada davamedib.

Qeyd edək ki, layihə mütəmadi olaraq tələbələrlə AzMİUməzunlarının görüşünü təşkil edərək istehsalatdan olanmütəxəssislərlə birbaşa ünsiyyətinə şərait yaradacaq, karyerayolunda dəstək göstərəcək, peşə motivasiyalarını artıracaq.

“Məzunlarımızı
“Məzunlarımızı
“Məzunlarımızı
“Məzunlarımızı
“Məzunlarımızı
“Məzunlarımızı
“Məzunlarımızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
5
Mənbələr
Şərh ()
Bağla