AZ

Denni Sassu-Nqesso Qaradağ Günəş Elektrik Stansiyasının qonağı olub

Aprelin 5-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında olub.
Energetika naziri Pərviz Şahbazov Prezident Deni Sassu-Nqesso Elektrik Stan­siyasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda yaşıl ener­jiyə keçidlə bağlı mühüm işlər görülür.
Daha sonra qonaqlar stan­siyanın idarəetmə mərkəzinin iş prosesi ilə tanış olublar.
Ali qonağın diqqətinə çat­dırılıb ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energeti­ka Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirlikləri­nin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzala­nıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Bu stansiya ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 mil­yon kilovat-saat elektrik ener­jisi istehsal edilməklə 110 mil­yon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min ədəd günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşul­ması üçün 330 kilovoltluq ya­rımstansiya tikilib.
Sonda Konqo Prezidenti stansiya ərazisində ağac əkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
18
xalqqazeti.az

10Mənbələr