AZ

21 yaşlı model və sevgilisi avtomobildə yanaraq öldü - FOTOLAR

21 yaşlı model və sevgilisi avtomobildə yanaraq öldü - FOTOLAR

21 yaşlı ukraynalı model Anna Kraevskaya və onun dicey sevgilisi Ferrari avtomobilinin baryerlərə çırpılması nəticəsində yanaraq ölüblər.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobil tamamilə yanıb və cütlüyün meyitləri yanmış halda tapılıb.

Qəza İtaliyada avtomobillərin sıx olduğu magistral yolda baş verib. Saatda 200 kilometr sürətlə hərəkət edən avtomobil naməlum səbəbdən sürücüsünün idarəetməsindən çıxaraq baryerlərə çırpılıb.

Zərbənin təsirindən avtomobil ikiyə bölünərək yanmağa başlayıb. Hadisə yerinə yol polisi, təcili tibbi yardım və yanğınsöndürənlər gəlsə də, heç nə edə bilməyiblər.

Avtomobildə yanaraq ölən iki nəfərin kimliyi dostlarının ifadələri və qollarındakı qızıl saatlarla müəyyən edilib.

212121

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
5
sonxeber.az

9Mənbələr