AZ

Klarnet ustasından ÇAĞIRIŞ: "Pullu parklanma ləğv edilsin"

Tarix: 6 Aprel 2024 09:00

Tanınmış klarnet ustası Hüseyn Məmmədoğlu parklanmaların qiymətinin artırılmasından narazılıq edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, Musiqi Akademiyasında təhsil aldığını, dərsə gələrkən avtomobilini saxlamağa yer tapmadığını bildirib.
"Mən həm öz adımdan, həm tələbə yoldaşlarım adından xahiş edirəm, burada pullu parklanma ləğv olunsun. Saatlarla dərsdə oluruq,  gündəlik bu baha qiymətlərlə ödəmə eləmək imkansızdır. Bura nə parkdır, nə bulvardır, təhsil müəssisəsidir", - o qeyd edib.
İzləyicilər isə Hüseynin şikayətini birmənalı qarşılamayaraq, "sənin ki, imkanın var. Niyə ağlayırsan?" yazıblar.
Milli.Az

Seçilən
238
5
Mənbələr
Şərh ()
Bağla