AZ

Boşanma zamanı əmlak necə bölünür? -VƏKİL AÇIQLAYIREKSKLÜZİV

Ailə qanunvericiliyinə əsasən boşanma zamanı ər-arvadın hər birinin nikaha daxil olanadək onlara məxsus olan əmlakı, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları ər-avadın birgə vəsaiti hesabına əldə edilsə də onların özlərinə məxsusdur.

Bu fikirləri “İki sahil”ə eksklüziv açıqlamaslnda Vəkillər Kollegiyasının üzvü Könul İbrahimova bildirdi.

Vəkil qeyd etdi ki, boşanma zamanı cütlüyün övladı varsa, boşanma prosesində və yaxud boşanmadan sonra uşağın valideynlərdən hər hansı biri ilə qalmasının əmlak bölgüsünə təsiri yoxdur.

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulan zaman ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Nikah müqaviləsi nikah bağlanmasının dövlət qeydiyyatına alınmasına qədər, həmçinin nikah dövründə də bağlana bilər. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt dəyişdirilə və pozula bilər.

Könul İbrahimova  bildirdi ki, ər-arvadın nikah müddətində əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə qoyulmuş paylar, əmanətlər və s. əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər və ya arvad da ümumi əmlak üzərində hüquqa malikdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
210
1
Mənbələr
Şərh ()
Bağla