AZ

Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır

İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşısına qoyduğu əsas hədəflərdən biri də beynəlxalq təşkiatlarla əməkdaşlığa nail olmaq idi. Elə bu səbəbdən də fəaliyyətdə olan nüfuzlu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirərək onlara üzvlüyünü gerçəkləşdirdi. Həyata keçirilən uğurli xarici siyasət nəticəsində ölkəmiz daha da irəli gedərək bir sıra yeni beynəlxalq qurumların yaradılmasının təşəbbüskarı və iştirakçısı qismində çıxış etdi. Hətta dünyanın az qala bütün dövlətlərinin üzv olduğu beynəlxalq təşkilata sədrlik etməyə də nail oldu. Çox təəssüf ki, Azərbaycanın dünyada artan nüfuzunu həzm edə bilməyən qüvvələr ölkəmizi gözdənsalma kampaniyasına start verdilər. Etiraf edilməlidir ki, bu kampaniyada Avropa İttifaqı daha öndə gedənlər sırasındadır. 
Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son illər ərzində AP tərəfindən Azərbaycanla bağlı bir neçə qərəzli qətnamə qəbul edilib. Hətta bir çox hallarda Avropa Parlamenti bütün çərçivələri aşaraq ölkəmizə qarşı ittihamla çıxış edib. Dəfələrlə  Avropa Parlamenti Azərbaycanda baş verən adi cinayət faktlarını  siyasiləşdirərək məhkəmə sisteminə müdaxilədə bulunub. Bununla kifayətlənməyən AP bütün beynəlxalq davranış prinsiplərini ayaq altına ataraq heç bir əsası olmadan  Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atıb. Etiraf edək ki, hər dəfə Avropa Parlamenti ölkəmizə qarşı qərəzli qətnamə qəbul edəndə Azərbaycanın siyasi rəhbərliyi çalışır ki, yaranan probemlər tarazlaşdırılmış şəkildə yoluna qoyulsun. Lakin, fakt ondan ibarətdir ki, qurum öz xislətindən əl çəkmək niyyətində deyil. 
Məsələ orasındadır ki, Avropa Parlamentində təmsil olunan bir çox deputatlar korrupsiyaya meyillidir və erməni diasporası bundan səmərəli şəkildə istifadə edir. Elə bu səbəbdən də aldıqları maddiyyat qarşısında Azərbaycana qarşı qərəzli mövqelərini sərgiləyirlər. Beləliklə ölkəmizə qarşı yönələn bu siyasi oyunlar planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Belə halda, qətiyyətlə demək olar ki, Avropa Parlamenti korrupsiyaya qurşanmış lobbiçi qruplaşmaların təsiri altına düşüb. Ona görə də Avropa Parlamentində saxta, yoxlanılmamış məlumatlar səsləndirilir və arqument kimi istifadə olunur. Bütün bunlar  indi Avropada tüğyan edən ksenofobiya və islamofobiyanın, ayrı-seçkiliyin  Avropa Parlamentində də kök saldığını göstərir. Təsadüfi deyil ki, Avropa Parlamenti bir müddət öncə ölkəmizlə bağlı çıxardığı qərarda bir erməninin Azərbaycana qarşı əmlak iddiasını Azərbaycan ərazisinin işğalından üstün tutur. Bu halda Avropa Parlamentindən hansı ədalətli qərar gözləmək olar? Heç şübhəsiz ki, Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşən konstruktiv qüvvələr də yox deyil. Amma korrupsiyaya qurşanmış lobbiçi qruplaşmaların pozucu fəaliyyəti və təsiri bu qüvvələrin səsini eşidilməz edir. Danılmaz faktdır ki, qurumda yaranmış açınacaqlı vəziyyət  Avropa Parlamentinin özünün imicinə zərbə vurur.
Sirr deyil ki, Azərbaycan böyük ictimai-siyasi əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu dövrlərdə ölkəmizə edilən hücumlar çoxalır. Hələ ölkəmizdə keçirilən Avroviziya  yarışması, Prezident seçkiləri, Avropa Oyunları vaxtı bunların hamısının şahidi olmuşuq. İndi də Azərbaycanla Ermənistan sülhə çox yaxın olduğu məqamda Avropa və ABŞ "bulanıq suda balıq tutmaq" sevdasına düşüb. Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü də məhz sözügedən planın təkib hissəsidir. Hazırda Ermənistanın sərhədə canlı qüvvə və zirehli texnika cəmləşdirməsi də bu dəstəkdən qaynaqlanır. Nəzərə almaq lazımdır ki, Qərbin çirkin niyyətinin nəticəsi olaraq Ermənistan vasitəsilə regionda üçlü hərbi alyans yaratmaq planı hazırlanır. 
Məlum məsələdir ki, Avropa,  ABŞ, eləcə də onların diktəsilə fəaliyyət göstərən Avropa İttifaqının məqsədi Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələl gətirmək və bu yolla ölkəmizin mövqelərini zəiflətməkdir. Azərbaycan isə daim beynəlxalq təşkilatlarla dialoq və əməkdaşlığın tərəfdarı kimi çıxış edib, üstəlik ikitərəfli münasibətlər zəminində çoxsaylı addımlar atıb. Konkret olaraq Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasının yaradılmasında fəal iştirak edib. Hətta Avronest Parlament Assambleyası yaradılandan sonra onun ilk plenar sessiyası Azərbaycanda keçirilib. Fakt isə ondan ibarətdir ki, Azərbaycan istənilən beynəlxalq təşkilatla səmərəli əməşdaşlığa doğru addım atmasına baxmayaraq qarşı tərəfdən heç də analoji reaksiyanın şahidi olmur. Belə halda, Azərbaycanda beynəlxalq təşkilatlarla əməkdaşlıq formatına yenidən baxa bilər. Nəzərə alaq ki, ötən dövr ərzində ölkəmiz nə Avropa İttifaqı-Azərbaycan parlamenti əməkdaşlığı komitəsində, nə də Avronestdə Dağlıq Qarabağa aid bir dənə də olsun sənədi imzalatdıra bilməyib. Elə isə ölkəmizin belə beynəlxalq təşkilatlara üzv olmasının nə mənası var? Avropanın istəyindən asılı olmayaraq ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil inkişaf yolunda inamla addımlayır. Azərbaycan gündən-günə daha da güclənir, geniş bir bölgədə söz sahibinə çevrilir. Azərbaycan dövlətinin rəhbərliyi bütün daxili və xarici siyasət məsələlərində müstəqil siyasət həyata keçirir. Ölkəmizə göstərilən təzyiqlərin artmasına baxmayaraq, Azərbaycanın öz müstəqil siyasətini davam etdirəcəyi heç kimdə şübhə doğurmamalıdır.Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.Alim Hüseynli

Seçilən
205
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14382
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13893
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13773
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11972
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9904
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8355
"Zaur, yenə çaşdın..." - VİDEO
7451
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5572
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3831
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3796
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3551
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3537
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3505
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3380
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2997
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2991
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2775
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2705
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2573