AZ

Ukraynaya qoşun yeritmək imkanını istisna etmirik – Norveçli nazir

Norveç uzunmüddətli perspektivdə Ukraynaya qoşun yeritmək imkanını istisna etmir.

KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin xarici işlər naziri Espen Bart Eide danışıb.

Onun dediyinə görə, buna baxmayaraq, ölkə hazırda qoşun göndərməyi planlaşdırmır.

“Hazırda biz qoşun göndərməyi planlaşdırmırıq. Düşünmürəm ki, bir çox ölkələrin belə planları var. Amma digər tərəfdən, çox uzunmüddətli perspektivdə biz heç nəyi istisna etməməliyik”, – o deyib.

Seçilən
273
25
konkret.az

10Mənbələr