AZ

İranda 4,9 bal gücündə zəlzələ olub

İranın cənub-qərbində yerləşən Xuzestan əyalətində yerli vaxtla saat 12:15-də zəlzələ olub.

BiG.AZ xəbər verir ki, zəlzələ 4,9 bal gücündə qeydə alınıb.

Bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi açıqlama verib.

Zəlzələ yerin 16 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilməyib.


BiG.Az
Seçilən
33
6
Mənbələr
Şərh ()
Bağla