AZ

Fransa həmkarlar ittifaqları işçiləri nümayişə çağırır

Fransa

Paris, 5 aprel, AZƏRTAC

Fransada Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqı (CGT), Həmrəylik Həmkarlar İttifaqı (Solidaires), Müəllimlərin Unitar Həmkarlar Federasiyası (FSU) işçiləri ölkədəki sərt iqtisadi siyasətə qarşı 1 May –beynəlxalq əmək günü ümumi nümayişə səsləyib.

AZƏRTAC xəbər verir ki, CGT, FSU və Solidaires yaydıqları bəyanatda milli səviyyədə olacaq bu nümayiş üçün insanları səfərbər olmağa çağırıb. Həmkarlar ittifaqı təşkilatları əvvəlcədən xatırladıblar ki, Ukrayna və Fələstindəki dəhşətli müharibələr kontekstindı keçiriləcək bu nümayişlə ədalətli və davamlı sülhə sadiq olduqlarını bir daha ifadə edəcəklər.

Fransada işçilərin yeni qənaət planı təhlükəsi altında olduğunu bildirən həmkarlar ittifaqları hökumətin sosial və ictimai xidmətlərdən, ekoloji keçid və ya işsizlərin müavinətindən milyardlarla qənaət etmək siyasətini pisləyir. Bəyanatda maaş və pensiyaların təcili artmasına ehtiyac olduğu, qeyri–müəyyənliyin və yoxsulluğun getdikcə gücləndiyi də vurğulanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
4
Mənbələr
Şərh ()
Bağla